Teymurleng özbə-öz Türkdür! 1366-cı ildə Özbəkistanın Məvarənnəhr şəhərində doğulub. Atasının Adı "Muhammed Taragay"dır. Bu gün Azərbaycanda geniş yayılmış "Turagay" və "Turğay" adlarının sinonimidir! Teymur Xan bir Özbək ailəsində doğulub, və Moğolların TÜRKLƏŞMİŞ "Barlas" qəbiləsindəndir!
Teymur Xan Makedinoyalı İsgəndərin, Napoleonun etmədiyi zəfərləri qazanıb. Amma tarihi qaynaqlar onlara "fateh" Türk Teymura isə "barbar" deyir! Buna baxmayaraq Teymurdan 1,000 il bundan qabaq "Atillaya", "Mete Xan"a da "həmin qaynaqlar "barbar" damqası vurmuşlar! Çünki bu Avropalıların milliyətçilik şüuruyla bağlıdır! "Barbar" sözünü də qədim yunanlar - yunan olmayan şəxslərə deyirdilər!
Teymur Xan 1 nəfər də olsa günahsız insan qətlə etməmişdir! Düzdür, İsfahan şəhəri Teymurun əmri ilə dağılmışdır. Çünki Teymur Xan İsfahana daxil olduqdan sonra əhaliyə "etibar etdiyini", güvəndiyini göstərmək üçün, şəhər idarəçiliyini "ağsaqqallar" şurasına verib, şəhərə 3,000 nəfərlik azsaylı ordu yerləşdirmişdir. Amma nankor iranlılar üsyan qaldırıb, 3,000 nəfərlik əsgərin başını mızraqlara keçirərək şəhərə gedən yolda asır. Bu səbəbdən Teymur nankorları cəzalandırır!!
Fateh İldırım Bəyazidlə müharibə etməyinin səbəbi isə Teymurilərin düşmənləri "Cəlayir oğlu Əhməd Bəyi" və "Qaraqoyunlu Yusif"in Osmanlı İmperatorluğuna sığınması idi! Eyni ilə Dustum Xanın Sarranid Sultan Hakimin sarayına sığınması kimi! Teymur Bəyazid Xana məktub yazaraq, onları (həmin 2 şəxsi) təhvil verməsini söyləmişdir. Və məktubda heç bir təhqir olmamışdır! Əgər varsa göstərin! İldırım Bəyazid isə - "Mənə güvənib sığınanlara xain olmam!" deyərək Əhməd Bəy ilə Yusifi Teymura verməmişdir. Bu səbəbdən Teymurun sarayına gələn avropa diplomatları və dövlət əyanları Teymuru müharibəyə cəlb etmişdir! Səfəvi və Osmanlı dövlətlərinin "sünni-şiə(ələvi)" fitnəsi ilə qardaş qanı axıtması kimi!
Məntiqlə fikirləşin: Əgər Teymur Xan Bəyazid Xana əsirlikdə pis davransaydı nəyə görə Osmanlı Torpağının tamamını işğal etmədi, nə səbəbə görə Bəyazid vəfat edəndə Fateh Bəyazid xanın öz oğlunu Osmanlı taxtına keçirdi???
Teymur Xan haqqında yazılanların çoxu "Ərəbşah ibn Fazil" in uydurmasından başqa bir şey deyildir! Özünüz tarihi qaynaqlardan araşdırsanız Əmir Teymur haqqında yazılan mənfi fikirlərin məhz Ərəbşahın yazdığı mətnlərdən başqa bir qaynaqda olmadığını görə bilərsiniz! Əgər Əmir Teymur haqqında yalnız Ərəbşah ibn Fazilin yadığından başqa bir neçə tarixçinin yazdığı qaynaqlar olsaydı onda başqa məsələ...
Bütün bunlara inanmağınız üçün Özbək ləhcəsindən Almancaya və Türkcəyə çevrilmə "Teymuril Tüzlük" əsərini internetdə axtarıb tapa bilərsiniz! Mən də bu əsəri oxumamışdan qabaq Teymur xanın barbar olduğunu düşünürdüm. Amma bu əsər və internetdə araşdırdığım faqtlar, "Fatehlərin Divanı" kimi əsərləri oxuyarkən Teymur Xanın ədalətli bir şəxsiyyət olduğunu anladadım!!
Teymur Ləng haqqında əsassız dəlillər gətirərək onu pisləyən və Türk düşməni olduğunu söyləyən biri varsa dediklərini ispat etmədən heçnə yazmasın!!!
=============================
TAMAMMI???